525.Az

"ADEX-2018"də 260-dan çox Azərbaycan istehsallı hərbi məmulat nümayiş olunacaq


 

"ADEX-2018"də 260-dan çox Azərbaycan istehsallı hərbi məmulat nümayiş olunacaq<b style="color:red"></b>

Sentyabrın 25-də Bakıda keçiriləcək "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisi regionun ən böyük sərgisi olacaq.

Trend-in məlumatına görə, bunu sərgi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

O qeyd edib ki, sərgidə 224 şirkət təmsil olunacaq:

"Sərgidə 6 ölkədən nazir və qurum rəhbərləri, 11 ölkədən şirkət və komitə rəhbərləri iştirak edəcək. Sərgidə Azərbaycan istehsalı olan 260-dan artıq hərbi məmulat nümayiş olunacaq".

 





24.09.2018    çap et  çap et