525.Az

Bankların müşahidə şuralarının səlahiyyətləri artırıla bilər


 

Bankların müşahidə şuralarının səlahiyyətləri artırıla bilər <b style="color:red"></b>

Azərbaycanda “Banklar haqqında” qanununa dəyişikliklər təklif olunur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Qanuna təklif edilən dəyişikliklərdən biri bankların Müşahidə şuralarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, bankın Müşahidə şurası bankın Auditorlar komitəsinin üzvlərini vəzifəyə təyin və azad edə biləcək.

Bundan başqa, bankların İdarə heyəti üzvlərinin səlahiyyət müddətlərini azaltmaq təklif olunur. Dəyişikliklərə əsasən, İdarə heyətinin üzvü maksimum 3 il müddətinə təyin oluna bilər. Hazırda bu müddət dörd il təşkil edir.

 





24.09.2018    çap et  çap et