525.Az

Monqolustan prezidenti Azərbaycandadır


 

<b style="color:red">Monqolustan prezidenti Azərbaycandadır</b>

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycana işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.

 





24.09.2018    çap et  çap et