525.Az

İranın müdafiə naziri: "Əhvazdakı terror siyasi kursumuzu dəyişdirə bilməz"


 

İranın müdafiə naziri: "Əhvazdakı terror siyasi kursumuzu dəyişdirə bilməz"<b style="color:red"></b>

Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz.

Trend-in məlumatına görə, bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.

 





24.09.2018    çap et  çap et