525.Az

"ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər"


 

"ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Tehranla danışıqlar aparmaq niyyətindədirsə, o İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-Yorkda Amerika KİV-lərinin nümayəndələri ilə görüşü zamanı deyib.

Ruhani bildirib: "Tramp İrana və İran xalqına qarşı bir neçə səhv addım atıb. O, səbəbsiz olaraq İran xalqına hədə-qorxu gəlib və gəlir, bizim daxili işlərimizə qarışır. Buna görə də, hər hansı bir danışıqdan öncə, bu səhvləri aradan qaldırmaq lazımdır".

İran prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri "təkcə qeyri-real deyil, həmçinin çox təhlükəli ola bilər".

 





25.09.2018    çap et  çap et