525.Az

İstanbulda dəniz reysləri təxirə salındı


 

İstanbulda dəniz reysləri təxirə salındı<b style="color:red"></b>

İstanbulda dəniz reysləri təxirə salınıb.

Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə Təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.

Reyslərdə yaranmış bu fasilə əlaqədar isə "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, Türkiyədə dəniz reysləri sonuncu dəfə qeyri-əlverişli hava şəraiti səbəbindən iyun ayında təxirə salınıb.

 





25.09.2018    çap et  çap et