525.Az

"Loqos"dan psixoloji maarifləndirilmə sahəsində daha bir addım


 

"Loqos"dan psixoloji maarifləndirilmə sahəsində daha bir addım<b style="color:red"></b>

SOS Uşaq Kəndi ilə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Mərkəzin "Gənclik" filialında keçirilmiş tədbirdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Sos Uşaq Kəndinin  və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə SOS Uşaq Kəndi Proqramı  çərçivəsində psixoloji maarifləndirmə istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və icrasına başlanılması barədə razılığa gəliblər.

Məlumat üçün bildirək ki, SOS KD Beynəlxalq Humanitar təşkilatının üzvü olan "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası ictimai birliyi rəsmi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində İctimai Birlik kimi qeydiyyatdan keçib. İctimai Birliyin yaranması və fəaliyyəti Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Assosiasiya valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. SOS Azərbaycanın bütün layihələri BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğundur və uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməkdədir.

ŞAHANƏ

 





27.09.2018    çap et  çap et