525.Az

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verildi


 

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verildi <b style="color:red"></b>

Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 54 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2746 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 





22.10.2018    çap et  çap et