525.Az

"Star" NEZ Türkiyə ilə Azərbaycanın maraqlarının ümumiliyin göstəricisidir"


 

"Star" NEZ Türkiyə ilə Azərbaycanın maraqlarının ümumiliyin göstəricisidir"<b style="color:red"></b>

“Star” neft emalı zavodunun (NEZ) açılışı bir daha Türkiyə ilə Azərbaycanın regionda və dünyada maraqlarının ümumiliyini nümayiş etdirdi.

Bunu Trend-ə türkiyəli tarixçi, professor Toğrul İsmayıl deyib.

O xüsusilə qeyd edib ki, “Star” Türkiyədə “Təşviqat haqqında” qanunun qəbul olunmasından sonra strateji investisiyaların təşviq olunması sənədini əldə etmiş ilk layihə olub:

“Bu cür fundamental müəssisənin birgə açılışı Türkiyə və Azərbaycanın enerji sahəsində səmərəli əməkdaşlığa hazırlığını nümayiş etdirir. Paralel olaraq bu hadisə onu göstərdi ki, ölkələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına əsas rol oynayır”.

Onun sözlərinə görə, iri layihələrin birgə reallaşdırılması, xüsusilə də Türkiyədə neft emalı zavodunun açılışı Avrasiyanın enerji və nəqliyyat xəritəsini formalaşdırır, eləcə də ikitərəfli regional əməkdaşlığı gücləndirir.

 





22.10.2018    çap et  çap et