525.Az

Sibir koloniyasından 2 məhbus qaçdı


 

Sibir koloniyasından 2 məhbus qaçdı <b style="color:red"></b>

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində iki məhbus koloniyadan qaçıb.

Trend-in məlumatına görə, bundan əvvəl onlar soyğunçuluq və oğurluğa görə dəfələrlə məhkumluq həyatı yaşayıblar.

Oktyabrın 20-də 24 yaşlı Provorov İvan Sergeyeviç və Urvaçev Rodion Andreyeviçin Anqarskdakı İK-16 koloniyasının ərazisini özbaşına tərk etdikləri məlum olub.

5 il müddətinə azadlıqdan məhrum edilmiş məhbusların axtarışı davam edir.

 





22.10.2018    çap et  çap et