525.Az

2025-ci ilədək Azərbaycan 50-yə yaxın gəmi almağı və tikməyi planlaşdırır


 

2025-ci ilədək Azərbaycan 50-yə yaxın gəmi almağı və tikməyi planlaşdırır <b style="color:red"></b>

2025-ci ilədək Azərbaycan 50-yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin 160 illiyinə həsr olunmuş tədbir zamanı QSC-nin sədri Rauf Vəliyev deyib.

R.Vəliyev bildirib ki, son beş il ərzində 20 gəmi alınıb:

“Yaxın günlərdə “Bakı Gəmiqayırma Zavodu” MMC ilə dörd yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalanacaq. Xatırladım ki, hazırda iki tanker və iki Ro-Pax tipli gəmi tikilir”.

QSC sədri bildirib ki, qurum Azərbaycanda nəqliyyat potensialının inkişafı işinə töhfə verməkdə davam edir.

R.Vəliyev əlavə edib ki, hazırda beynəlxalq sularda Azərbaycan bayrağı altında 14 gəmi üzür.

 





23.10.2018    çap et  çap et