525.Az

Oğuzda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir - Fotolar


 

Oğuzda “Vətənin  müdafiəsinə hazıram!” adlı tədbir - <b style="color:red">Fotolar</b>

Oktyabrın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Oğuz Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi veteranları iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski bildirmişdir ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqətdə saxlanılan əsas məsələlərdən biridir və bu istiqamətdə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Ordu quruculuğu prosesində qazanılmış nailiyyətlərdən danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov qeyd edib ki, hərbi sahədə aparılmış uğurlu islahatlar nəticəsində bu gün  Silahlı Qüvvələrimiz regionun ən güclü ordusudur. 

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər gənclərin mübariz ruhda yetişdirildiyini və onların işğal altında olan torpaqlarımızın azad edilməsi üçün daim hazır olduqlarını bildiriblər.

Tədbirin bədii hissəsində Oğuz rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

 





23.10.2018    çap et  çap et