525.Az

Nazir müavini: "Sahibkarlığın inkişafı üzrə kompleks işlər aparılır"


 

Nazir müavini: "Sahibkarlığın inkişafı üzrə kompleks işlər aparılır"<b style="color:red"></b>

Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətli mühitin yaradılması üzrə kompleks işlər aparılır.

Trend-in məlumatına görə, bunu “BakuBuild” sərgisinin açılışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, ölkədə investisiyalar üçün əlverişli şərait yaradılıb:

“Azərbaycan qeyri-neft sektoruna investisiyaları artırıb. Hazırda ölkə özünü tikinti materialları ilə təmin edir, “BakuBuild” sərgisində “Made in Azerbaijan” brendi altında Azərbaycan şirkətləri təmsil olunacaq”.

 





23.10.2018    çap et  çap et