525.Az

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin növbəti zona turnirləri keçirildi


 

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin növbəti zona turnirləri keçirildi<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin növbəti zona turnirləri olub.

Təşkilatdan verilən məlumata görə, əvvəlcə noyabrın 10-da İsmayıllı və Ağsu gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turniri keçirilib. Noyabrın 11-də isə  Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələdən olan gənc intellektualların iştirakı ilə Şəki-Zaqatala iqtisadi rayonu üzrə zona turniri olub.

4 intellektual oyun (“Vətəni tanı”, "Xəmsə",“Axtar-tap”,"Nə? Harada? Nə zaman?)  üzrə keçirilən layihənin Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turnirində İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə zona turnirində isə "Xəmsə", “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar-tap”,"Nə? Harada? Nə zaman? intellektual oyunlarında isə Oğuz rayonunun gənc intellektualları birinciliyi əldə ediblər.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkənin 11 regionunu əhtə edən layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500-dək gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. 

C.ABASOV

 





12.11.2018    çap et  çap et