525.Az

Lukaşenko: "Belarus KTMT Baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır"


 

Lukaşenko: "Belarus KTMT Baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır"<b style="color:red"></b>

"Rəsmi Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır".

"Report" "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə görüşdə bildirib.

"Əlifba sırası ilə növbəti ölkə Belarusdur və biz namizədliyimizi təklif etməyə hazır olmalıyıq. Bu gün üçün KTMT-nin Baş katibi vəzifəsinə təklif edə biləcəyim üç namizədim var", - A.Lukaşenko deyib.

Daha əvvəl Ermənistanın KTMT-nin Baş katibi vəzifəsindən geri çağırdığı Yuri Xaçaturovun Yerevana qayıtdığı bildirilib.

 





12.11.2018    çap et  çap et