525.Az

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək


 

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək<b style="color:red"></b>

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin valisi Mustafa Salari deyib.

Onun sözlərinə görə, Rəşt-Qəzvin dəmiryolu gələn həftə İranın Proqram və Büdcə Təşkilatının sədri, Yol və Şəhərsalma Nazirliyinin rəsmilərinin iştirakı ilə ilkin şəkildə istifadəyə veriləcək. 2 ay sonra isə İran Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi olacaq.

Salari əlavə edib ki, Rəşt-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə turistlərin sayı artacaq.

 





13.11.2018    çap et  çap et