525.Az

Çavuşoğlu: "Avropada vəziyyət II Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq"


 

Çavuşoğlu: "Avropada vəziyyət II Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq"<b style="color:red"></b>

Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, əgər bu, baş verməsə, yaxın zamanlarda Avropadakı vəziyyət İkinci Dünya müharibəsindən əvvəlki dövrü xatırladacaq.

Nazirin sözlərinə görə, Avropada mədəniyyətlərarası dialoqu bərpa etmək lazımdır.

M.Çavuşoğlu həmçinin əlavə edib ki, Türkiyə regionda sülhün təmin olunması prosesində vacib iştirakçılardan biridir.

 





13.11.2018    çap et  çap et