525.Az

Texasda hərbi təyyarə qəzaya uğradı


 

Texasda hərbi təyyarə qəzaya uğradı<b style="color:red"></b>

ABŞ-ın Texas ştatında təyyarə qəzaya uğrayıb.

Trend-in "Airforce Times"a istinadən verdiyi məlumata əsasən, ikinəfərlik "T-38 Talon" reaktiv təlim təyyarəsi "Laughlin" aviabazası yaxınlığında qəzaya uğrayıb.

Bazanın ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Maykl Makqann deyib ki, pilotların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Hadisə yerində fövqəladə yardımın göstərilməsi üzrə mütəxəssislər işləyir.

 





14.11.2018    çap et  çap et