525.Az

Yazıçı Məmməd Oruc yüksək mükafata layiq görüldü


 

Yazıçı Məmməd Oruc yüksək mükafata layiq görüldü<b style="color:red"></b>

4-7 noyabr 2018-ci ildə Altay diyarının Barnaul şəhərində Ural, Sibir və Volqaboyu yazıçıları Assosiasiyasının XIX konfransı keçirilib. Bu, Ümumrusiya ədəbi tədbirində ölkəmizi fəxri qonaq qismində Azərbaycan yazıçısı Məmməd Oruc təmsil edib.

Konfransda "Torpaq və Söz: bu müstəvidə Rusiya yazıçılarının yeri və rolu" (məruzəçi Moskva Yazıçılar İttifaqının katibi, professor L.A.Yaqodintseva), həmçinin, xaricdə yaşayan rus yazıçıları və vətən ədəbiyyatı (məruzəçi Moskva Yazıçılar İttifaqının katibi Z.U.Zvonaryova) kimi mövzular müzakirə olunub.

Konfransın sonuncu günündə Barnaul Tarix və Diyarşünaslıq muzeyində tədbirin yeddi iştirakçısına D.N. Mamin-Sibiryak adına Ümumrusiya Ədəbi mükafatı təqdim edilib.

Təltif edilənlər arasında Azərbaycan yazıçısı Məmməd Oruc da var.

Yazıçı bu təltifə uzun illər tərcüməçilik fəaliyyətinə, Rusiya və Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

 





14.11.2018    çap et  çap et