525.Az

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edəcək


 

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 242) keçiriləcək görüşdə Lənkəran şəhərindən, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin, yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

 





14.11.2018    çap et  çap et