525.Az

"UNEC-də bir gün" layihəsi davam edir


 

"UNEC-də bir gün" layihəsi davam edir<b style="color:red"></b>

"UNEC-də 1 gün" layihəsinin növbəti iştirakçıları Suraxanı rayonu N.Həmidov adına 208 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olub.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən xəbərə görə, I və II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə 4 dildə təhsil verən UNEC-də tədris olunan ixtisaslar, xüsusi təqaüd, UDİD, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilimiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr "marketinq" fənnini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar.

"UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Məlumatda bildirilib ki, "UNEC-də bir gün" layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində UNEC-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq UNEC tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən UNEC-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.

UNEC Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. UNEC Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın ən qədim ali təhsil ocaqlarından olan Monpelye Universiteti ilə bakalavrlar üçün ikili diplom proqramı həyata keçirir. Bu ildən etibarən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn tələbləri icra etmək məqsədi ilə UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.

S.QARAYEVA

 





14.11.2018    çap et  çap et