525.Az

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı


 

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı<b style="color:red"></b>

Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri noyabrın 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

 





14.11.2018    çap et  çap et