525.Az

2019-cu ilin ilk “Ustad”ı


 

2019-cu ilin ilk “Ustad”ı <b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 24-cü sayı işıq üzü görüb.

Redaksiyadan verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb. 

Ədəbi mətn müəlliflərindən Xanım Anela (“Çarəsizlik” hekayəsi), Sevinc Elsevər (“Tısbağa şorbası” hekayəsi), Fərid Məmmədov (“Bizim hekayəmiz” hekayəsi), Con Steynbek (“Cəllad” hekayəsi, tərc: Rövşən Danyeri), İtalo Kalvino (“Ər-arvad sərgüzəşti” hekayəsi, tərc: Sevər Bayramova) və Robert Haynlayn (“Vezuvi yamaclarında” hekayəsi, tərc: Xavər Zahir), araşdırma məqalə və esse müəlliflərindən Müşfiq XAN (“Ölmədən öncə baxmalı olduğunuz 40 sevgi filmi” xronikası), Səbuhi Şahmursoy (“Həyat və şəxsiyyət” essesi), Syuzan Spenn (“Tarixi detektivləri sevmək üçün 5 səbəb” xronikası), Azər Qismət (“Tükənməyən magik realizm” məqaləsi), Bet Raqovski (“Audiokitab və kağız kitab...” tədqiqat yazısı), Murad Adcı (“Biz eyni dildə danışmışıq” araşdırması) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.

Bundan əlavə, kino və sənət haqqında yazılar – Ceylan Mumoğludan “Qraffiti – köhnə divarlarda yeni ideyalar” araşdırması və Xavər Zahirdən “Vasili Kandinski. Hər şey nöqtədən başlayır” məqaləsi dərgidə yer alıb. “XAN” nəşriyyatının “Xatirə Ədəbiyyatı” silsiləsinin yeni kitabları olan Efron Ariadnanın “Mənim anam – Marina Svetayeva”, Mirzə Rza Xan İrəvaninin “Xatirələr” və Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabından hissələr də dərgidə verilib.

Poeziya bölməsində Emin Pirinin “13-cü gecə etüdləri” adlı silsilə şeirləri çap olunub.

Dərginin müsahibləri “Balta” animasiya filminin yaradıcı heyətindən Elçin Hüseynov və Rəvan Muradovdur (söhbətləşdi: Cavid Qədir).

“Ustad” dərgisini kitabevim.az mağazalar şəbəkəsindən əldə edə və ya “Hədəf” nəşrləri ilə əlaqə saxlayaraq abunə yazıla bilərsiniz.

 





16.01.2019    çap et  çap et