525.Az

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirdi


 

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirdi<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, "ifrat təhlükəli hidrometreoloji hadisə" kateqoriyasına aid olan proses hesab edilir:

"Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür:

"Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır".

 





18.01.2019    çap et  çap et