525.Az

Ərdoğan: "Mənbic əsl sahiblərinə qaytarılacaq"


 

Ərdoğan: "Mənbic əsl sahiblərinə qaytarılacaq"<b style="color:red"></b>

Suriyanın Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq.

Trend-in məlumatına görə, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, hazırda Ankara Mənbicdə, ümumilikdə isə Suriyanın şimalında baş verən hadisələri diqqətlə izləyir:

"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcək və bu istiqamətdə bizə kömək edəcək hər kəslə əməkdaşlığa hazırdır".

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, ABŞ Suriya ilə bağlı Ankaraya verdiyi sözü tutmalıdır.

 





21.01.2019    çap et  çap et