525.Az

“Apple” 3 yeni “iPhone” təqdim edəcək


 

“Apple” 3 yeni “iPhone” təqdim edəcək<b style="color:red"></b>

“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.

Məlumatlara əsasən, yeni modellər üç arxa kameraya sahib olacaq. Digər iki model isə ənənəvi iki kameralı olacaq.

Bundan başqa, “Apple”ın LCD-ekran texnologiyasına sadiq qalacağı bildirilib.

Şirkət bu məlumatlar barədə şərh verməyib.

Xatırladaq ki, ötən ilin payızında da “Apple” 3 model - iPhone XS, iPhone XS Max и iPhone XR – modellərini, eləcə də Apple Watch 4 saatını təqdim etmişdi.

 





21.01.2019    çap et  çap et