525.Az

Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşdü


 

Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmanin və qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb.

AQTA-dan verilən məlumata görə, görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Q.Təhməzli agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmaninə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, mübadilə proqramları çərçivəsində agentlik mütəxəssisləri tərəfindən beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş çərçivəsində FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru O.Raxmanin qarşılıqlı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, 1995-2015-ci illərdə Azərbaycanda FAO tərəfindən 23 layihənin həyata keçirildiyini, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını bildirib.

CEYHUN

 





22.01.2019    çap et  çap et