525.Az

"Diasporpress.az" xəbər saytı fəaliyyətə başladı


 

"Diasporpress.az" xəbər saytı fəaliyyətə başladı<b style="color:red"></b>

Azərbaycanda mətbuat orqanlarının sırasına yeni xəbər saytı daxil olub. Diaspor sahəsində ixtisaslaşan "Diasporpress.az" xəbər saytı fəaliyyətə başlayıb.

Xəbər portalında xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti və onlarla əlaqələrin genişləndirilməsi, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycanla dostluq münasibətində olan digər xalqların diasporları ilə əlaqələrin möhkəmləndirilməsi, bu sahə ilə bağlı olan bütün fəaliyyətlərin operativ və müntəzəm şəkildə işıqlandırılması təmin ediləcək.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda diaspor xəbərləri ilə yanaşı, ölkədə və dünyada baş verən ictima-siyasi, sosial-iqtisadi, mədəni və geosiyasi mövzuları əhatə edən xəbərlər yayımlanacaq. Bununla yanaşı, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq.

Qeyd edək ki, saytın təsisçi və baş redaktoru diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdilidir.

C.ABASOV

 





22.01.2019    çap et  çap et