525.Az

Krez kimi varlı Krass və onun qəddarlığı. Böyük Pompey - Telman Orucov


 

SİSERON - NATİQLİYİN SİNONİMİ

Krez kimi varlı Krass və onun qəddarlığı. Böyük Pompey - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə saylarımızda)

Krez kimi varlı Krass və onun qəddarlığı. Böyük Pompey 

Bir nəfər Krassı “sürüdəki ən təhlükəli öküz adlandırmışdı”. Onun var-dövləti iki yüz milyona bərabər idi. Onu qədim Midiya çarı, varlılıq simvolu olan Krezlə müqayisə etmək olardı. Qəddarlıqda da Krass ad çıxarmışdı. O, Spartak üsyanını yatırtdıqdan sonra Appi yolunda çarmıxlar qurdurmuşdu. O, 350 mil uzunluğunda yolda 6 min adamı çarmıxa çəkdirmək istəyirdi. Hər bir mil məsafəyə 17 çarmıxa çəkilmiş adam düşürdü. O, gülə-gülə deyirdi:

- Mən şübhə edirəm ki, bir dəfə bu barədə eşidən hansısa çox sayda qul gələcəkdə Roma əleyhinə qalxmağa cəsarət etsin.

O, öz rəqiblərini ələ salmaqdan da çəkinmirdi. O, Pompey barədə istehza ilə deyirdi: “Pompey kimdir? Böyük Pompey. Nə kimi böyük?” Krass həm də borclu olan adamı heç vaxt unutmurdu.

Romalılar danışmaq üçün dilə malik olan vaxtdan 6 min qulu çarmıxa çəkən Krassın adını daim xatırlayacaqlar. Romanın böyük generallarından heç biri nə vaxtsa bunu etməmişdi. Stsipion Afrikalı, Pompey, Lukull. Krass onlara nifrətlə baxırdı: “Onlardan heç biri hətta bu barədə fikirləşə də bilməzdi”.

Siseron geri tərəfdə oturub Krassa gülürdü, əvəzində Krass da gülürdü. O, ayağa qalxıb əlini Siserona tərəf uzatdı: “Gəldiyinə görə, cavan dostum, çox sağ ol!”

Bu vaxt Böyük Pompey gecə yarısı Romaya gəldi. Konsullar onunla bir yerdə olacaqdılar. Siseronun Pompeyin qızğın tərəfdarı olmaq istədiyini bilən senatorlar da gözləyirdilər. Günorta Hortensi də gəldi, onun arxasında çoxlu əsgər var idi. Siseron Metell qardaşlarının arxasınca gəlirdi. Pompey göründükdə hamı əl çaldı. Sonra Krassla birlikdə bu iki rəqib addımladıqda, kütlə daha ucadan qışqırdı. Bu vaxt Pompey Krassın əlini onun başı üzərinə qaldırdı. Bunu görən Siseron “Necə də ürək bulandırcı səhnədir” - dedi. Pompey kütləyə əl eləyib danışmağa başladı:

- Roma xalqı! Senatın liderləri mənə şərəfli bir təklif etdilər və mən lütfən bu təklifi qəbul etdim. Onlar həmçinin, mənə dedilər ki, konsulluğa namizəd olmağa razılıq verim və mən onu da lütfən qəbul etdim. Bir şey mənə xüsusilə xoşdur ki, köhnə dostum Mark Litsini Krass konsulluqda mənim kolleqam olacaqdır.

Krass, məşq keçmiş bir natiq səsi ilə dedi ki, Pompey oyunlar təşkil edəndə, Roma xalqını azad qida ilə təmin edəcəkdir. Bu, mənim taleyimin onda biridir. Sizin hər birinizə üç ay ərzində azad qida verəcəyəm, küçələrdə hər bir vətəndaş üçün Herkulesin şərəfinə böyük ziyafət təşkil ediləcəkdir. Kütlə bu vaxt təzədən ekstaza gəldi. Siseron aludə olan bir şəkildə dedi: “Əclaf, onun taleyinin onda biri 20 milyona bərabərdir, həm də çox ucuz bir qiymətə. Gör o, necə zəif bir mövqedən qüvvətli olmağa keçdi”.

Pompey azacıq natiqlik təcrübəsinə malik idi. O, sadəcə olaraq adamlara komandanlıq etməyə alət etmişdi, onları inandırmağa yox. O, platformadan aşağı düşdü. Krass isə yerində oturmaqda davam edirdi və alqışlar yavaş-yavaş kəsildi. Siseron dedi: “Mən onlara tamaşa göstərəcəyəm.” O, şəhərin ən tanınmış vəkillərindən biri hesab olunurdu. Senatda adamlara çox lazım idi. O, sonrakı ili edil olmağa ümid edirdi. Pompey “edil” sözünü eşitdikdə, bu ideyaya görə qaşqabağını tökdü: “Yox, yox. Mən belə düşünmürəm. Bu məsələ barədə mənim başqa planlarım vardır. Mən əminəm ki, yaxşı hüquqşünas kimi biz ondan daima istifadə edəcəyik”. O, bu sözləri deyib, çıxıb getdi. Siseron ona baxıb:

- Səninlə görüşmək xoş idi.

O, bu sözləri çətinliklə uddu.  

Siseron Verres işində hücuma keçir

Siseron evdə arvadı Terentsiya ilə mübahisə etdikdən sonra çox hirslənmişdi. Hətta onu boşayacağını deyirdi. Sonra o, otağında tək qaldı, siciliyalıar onun yanına gəldilər. Steni qəribə, həm də uzaq özəl bir səltənətdə idi, oraya kənardan nüfuz etmək də çox çətin idi.

O, Siserona müraciətlə:

- Mən sizə çox minnətdaram, Senatda mən Sirakuzadan, məhkəmədən əldə edilmiş xəbərlər almışam. Sən bu monstrın nə etdiyini görə bilərsən”.

O, bir kağız parçasını Siserona verdi. Bu tribunların qərarından əvvəl yazılmışdı, digəri isə sonra yazılan idi.

Siseron gözlərini yazıya dikib dedi:

- Deməli, Verres öz məhkəməsinin də qərarını saxtakarlığa məruz qoymuşdur.

Steni “Həqiqətən də!” deyə qışqırdı. Sonra Siseron ondan kisəsində başqa nə olduğunu soruşdu. Steni dedi ki, Verres iki hadisədə, bir dəfə 60 min, o biri dəfə isə 30 min məbləğində pul ələ keçirmişdir. O, saxta ittihamlar irəli sürməklə və qanunsuz verdiktlər verdirməklə öz vəzifəsindən sui-istifadə etməkdən də çəkinmir. Həm də Steni ilə eyni vaxtda başqalarını da soymuşdur. Onlardan ikisi onun qubernatorluğuna qədər icmanın aparıcı adamları olmuşdular. Təqib olunanda isə adadan bir qəpikləri də olmadan qaçmağa məcbur olmuş və Romada sığınacaq axtarmışdılar. Steninin tribunlara müraciət etməsini eşitdikdə, onlar onu axtarıb tapmış və birgə hərəkət etməyi təklif etmişdilər.

Siseron deyirdi ki, qurbanlar təkcə heç də zəif olmur, ancaq onlar ümumi işə görə birləşdikdə bütöv adada yayılan əlaqə şəbəkəsinə malik olurlar. Terme şimalda, Vidis cənubda, Sirakuza şərqdədir, onların həmvətən sirdaşları nədən əzab çəkdiklərinin sirrini öyrənirlər, çünki onlar bunu heç vaxt Roma senatoruna açmayacaqlar.

And içən şahid Halesalı Duondan Verres ilk dəfə 10 min sestertsi rüşvət tələb etmişdi, gətirməsə, təqsirkar olması barədə verdikt verdirməyə söz vermişdi və sonra onun bütün atlarını, qobelenini, qızıl və gümüş lövhələrini oğurlatdırmışdı. Məbədlər qarət edilmiş, heykəltəraş Mironun əsəri olan bürünc “Apollon” da oğurlanmışdı.

Verres digər iyrənc qanunsuz hərəkətlərə də yol vermiş, onun liktorları bir adamı döyüb, çılpaq şəkildə atlı adam heykəlinə bağlamışdılar. Siseron şikayətlərin və şahidlərin daha çox olmasını tələb edirdi.

Verres əvvəllər də dəfələrlə zorakılıq etmiş və adamları qorxutmuşdu. Siseron deyirdi ki, biz bütün şəhadətləri əclafın xəbəri olmadan əldə etməliyik. O düşünürdü ki, əgər hakimiyyəti əldə etmək istəyirsənsə, indi onu tutmaq vaxtıdır, bu, mənim zamanımdır. Lakin ona necə nail olmaq olar? Yalnız Qay Verresi rüşvətxorluqda ittiham etməklə. Bu vaxt o, çox qətiyyətli görünürdü. O, edil olsa, bir gecə ərzində pretora da çevrilə bilərdi. Özü də heç kəsin, hətta Böyük Pompeyin köməyi olmadan da (O, tale quşunu tutmalı idi, əgər təcrübəsizlik edib quşu quyruğundan tutsa, quş uçub gedəcək, onun əlində isə yalnız quyruğun bəzəkli lələkəri qalacaqdı. Ona görə də çox ustalıqla, səhvə yol vermədən hərəkət etməli idi).

Xüsusi elektoral kollegiyada Siseronun bir neçə üstünlüyü var idi. Ona güclü dəstək verənlər iş adamları və tərbiyə olunmuş kasıblar idi, aristokratlar ona çətinliklə qoşula bilərdilər. Siseronun aparacağı kampaniyanın təqvim cədvəli tezliklə tədbirlərlə doldu və onun iş günü daha da uzandı. Onun şüarı “Ədalət və İslahat” idi. Qardaşı Kvint onun kampaniyasının meneceri idi. Əmisi oğlu Lutsiyə Verresə qarşı ittihamın ayrı-ayrı cəhətlərini təşkil etmək etibar olunmuşdu. Siseron Verresə ilk mümkün zərbəni vurmağı qərara almışdı ki, ona vaxt verməsin ki, öz xeyrinə şəhadətlər təşkil etsin və ya şahidləri qorxutsun. O çalışırdı ki, Verresə qarşı qalxan kütləvi şübhədən onun yayınmasına heç cür imkan verməsin.

Siseron Katonun öz qohumu 18 yaşındakı məlahətli Emiliya Lepidaya evlənməsinə kömək edirdi. Bu qızın həyatı faciə ilə “parlamışdı”. 13 yaşı olanda öz nişanlısı, gənc aristokrat Stsipion Nasika tərəfindən alçaldıcı qaydada tərk edilmişdi. 15 yaşı olanda atası, 16 yaşında isə qardaşı ölmüş, bu qız tam tək qalmışdı. Siseron Katona deyirdi ki, onu al, yazıq qız - əgər o, sənin dayın qızıdırsa, - altı il əvvəlki konsul, sənin mərhum anan Liviyaya doğma qardaş düşən Emili Livianın qızı olmalıdır. Siseron çox sayda əsilsiz radikallar kimi, aristokratlar haqqında geniş məlumata malik idi.

O, Katonu belə parlaq ittifaqa görə təbrik etdi. Onların damarlarında həmin üç nəslin qanı axır, qızın yaxın qohumlarının hamısı ölmüşdürsə, o, Romadan ən varlı mirasa malikdir.

Katon dedi:

- O, varlıdır, bu da bir narahatçılıqdır. Onun keçmiş nişanlısı Stsipion Nasika İspaniyadan yenicə qayıtmışdır. Pompeyin ordusunda vuruşmuş, qızın çox varlı olduğunu eşidib, onun özünə məxsus olduğunu reklam edir. Qız isə artıq onun barəsində öz qərarını vermişdir. Katon dedi ki, mən istəyirəm ki, Stsipiona qarşı qanuni mühakimə qurasan. Stsipion isə demişdi ki, mənim son cavabım Lepidadadır. Qız bu vaxt əlini Stsipionun əlinə keçirdi. Stsipion:

- Bu, mənim arvadımdır, biz dünən axşam evlənmişik. Onun yanında olanlar isə bizim dostlarımızın toy hədiyyələridir. Böyük Pompey də Kapitolidə qurban verəndən sonra birbaşa nikaha şahid olmaq üçün gəlmişdi.

Siseron dedi:

- Hüquqşünasların dediyi kimi, sahiblik qanunun onda doqquzudur və Stsipion təkcə sadəcə sahib deyildir, öz yeni nişanlısını əvvəlcədən güclə razı salmışdır.

Siseron Qay Verresin Romaya qayıtdığını öyrənə bildi. O “əclaf, əclaf, əclaf!” deyə təkrar edirdi. Verres Mironun əsərini gənc Stsipiona, sonra isə Hortensiyə, daha sonra Metell qardaşlarına vermişdi.

Siseron edil olmaq istəyirdi.

Verresin məhkəməsi 

Adamlar bilirdilər ki, Siseron Verresi təqib etmək planına malikdir və ona məsləhət görürdülər ki, bundan vaz keçsin. Siseron öz məşq etmiş tərəfdarları ilə birlikdə gəlib, əlində açdığı sənədlə tamaşaçılara müraciət etdi:

- Vətəndaşlar, bu gün mən gəlmişəm ki, öz xidmətimi Roma xalqına təklif edim. Mən istəyirəm ki, Romada edil olmaq barədə öz niyyətimi elan edim. Bundan hansısa bir şərəf üçün istifadə etmək barədə heç bir arzum yoxdur. Çünki bizim respublikamızın vəziyyəti elədir ki, vicdanlı adam indi ədalətin keşiyində dayanmalıdır. Sizin hamınız məni tanıyırsınız, mənim nəyə inandığımı da bilirsiniz. Mən öz əlimdə məhkəmədə ittiham etmək sənədinə - postulatus-a malikəm, biz vəkillər onu belə adlandırırıq. Və mən buradayam ki, Qay Verresin ağır cinayətlərinə və xətalarına görə onu məhkəməyə gətirmək niyyətimi icra edim. O, bunları Siciliyada qubernator olarkən etmişdir. Əgər o, məhkum olsa, oğurladıqlarını geri qaytarmayacaqdır. O, bir vətəndaş kimi yalnız bütün mülki hüquqlarını itirəcəkdir. Onun yeganə seçimi sürgün və ya ölüm olacaqdır. O, küncə sıxılmış heyvan kimi vuruşacaqdır. Bu, uzun sürən çətin döyüş olacaqdır, heç bir səhvə yol vermədən və nəticədə hər şey başlanacaqdır, - mən vəzifə axtarmıram, mənim ümidim gələcəyədir. Mənim əvvəllər qazandığım reputasiya və onu əldə etmək üçün çəkdiyim zəhmət mənə əsas verir ki, möhkəm ittiham irəli sürüm və inanıram ki, haqq qalib gələcəkdir.

(Ardı var)

 





18.02.2019    çap et  çap et