525.Az

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistanda


 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistanda <b style="color:red"></b>

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib.

Trend-in məlumatına görə, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.

Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.

Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.

Pakistandan sonra M.bin Salman Hindistan və Çini də ziyarət etmək niyyətindədir. Daha əvvəl nəzərdə tutulan Malayziya və İndoneziya səfərləri izah edilmədən təxirə salınıb.

 





18.02.2019    çap et  çap et