525.Az

Ərdoğanın köməkçisi: "Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir"


 

Ərdoğanın köməkçisi: "Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir"<b style="color:red"></b>

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:

“Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.

Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.

 





19.02.2019    çap et  çap et