525.Az

Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim


 

Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim<b style="color:red"></b>

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, İsmayıllı və Ağsu aşırımı istiqamətində və Quba, Qusar, Xızı rayonları istiqamətində güclü qar yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həmin ərazilərdə gücləndirilmiş iş rejimində işləyir.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları. Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, hazırda bu istiqamətdə heç bir yol bağlı deyil. Əraziyə yolun təmizlənməsi üçün canlı qüvvə və texnikalar cəlb olunub:

"Hansı ərazidə problem yaranırsa, aradan qaldırılır. Qar fasiləsiz yağmaqda davam etdiyi üçün yolu asfalt qatına qədər tam təmizləmək mümkün deyil. Buna baxmayaraq yol bağlanmayıb, hərəkət var. Sadəcə yay şinləri və ya köhnə şinlərlə idarə olunan avtomobillərin hərəkəti çətinləşir və nəticədə onlar yolda digər avtomobillərin də hərəkətinə mane olurlar".

 





19.02.2019    çap et  çap et