525.Az

“Türk ədəbiyyatı” bu dəfə Azərbaycan ədəbiyyatından söz açır


 

“Türk ədəbiyyatı” bu dəfə Azərbaycan ədəbiyyatından söz açır<b style="color:red"></b>

Bugünlərdə “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin mart sayı işıq üzü görüb. Bu sayda böyük coğrafiyanı əhatə edən türkdilli oxucular çağdaş Azərbaycan ədəbiyyatı ilə tanış olacaqlar.

Dərginin “Şeir” bölməsində Əjdər Ol, Məmməd Dəmirçioğlu, Vaqif Bəhmənli, Afaq Şıxlı, Cahan Seyidzadə, Aqşin Evrən, Ədalət Əsgəroğlu, Adilə Nəzər, Azad Yaşar, Günel Şamilqızı, Aqşin Yenisey, Elxan Zal Qaraxanlı, Ramiz Qusarçaylı, Fərid Hüseyn, Cəlil Baloğlan, Hamlet İsaxanlı, Dilqəm Əhməd, Sabir Sarvan, Huşəng Cəfəri, Namiq Hacıheydərli, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Rəşad Məcid, Ramiz Rövşən, Səlim Babullaoğlu, Qulu Ağsəs, İbrahim İlyaslı, Nuranə Nur, Leyla Əsədullayeva və Murad Köhnəqaladan poeziya nümunələri yer alıb.

“Məqalə” bölməsində akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı” zəngin ədəbi ənənə və çağdaşlıq” adlı geniş araşdırma yazısı var. Yazını Türkiyə türkcəsinə Özgə Manas uyğunlaşdırıb. Bölmənin digər yazısı Özcan Ünlüyə aiddir. O, “Ömür kitabı”nı yazan şair Sabir Rüstəmxanlı”dan danışıb.

“Reportaj” rubrikasında Yaqut Misirxanlı şair Musa Yaqubla, Qiyasəddin Dağ yazıçı, tərcüməçi İmdat Avşarla söhbətləşiblər.

Müsahibəni “Hekayə” bölməsi izləyir ki, burada Aysel Əlizadənin “Sevil”, Eyvaz Zeynalovun “İlk eşq”, Təranə Vahidin “Dəfn nəğmələri”, Fəxri Uğurlunun “Ana, sənin ərin kimdir?”, Günel Anarqızının “Qadın üzlü şəhər”, Ruslan Dost Əlinin “Divar”, hekayələri çap olunub.

“İncələmə” bölməsinin ilk nümunəsində Yusif Gedikli “Heydərbabaya salam” niyə bu qədər sevildi?” deyərək Məhəmməd Hüseyn Şəhriyardan söz açıb. Bölmənin digər səhifələrində Rahid Ulusel “Bəxtiyar Vahabzadənin söz vətəni”, İmdat Avşar “Anar Haqqında düşüncələr” məqalələri yer alıb.

Bölməni “Azərbaycandan Türkiyəyə uzanan körpü: Məmməd Aslan” portret yazısı ilə Lalə Bayramova, “İtirilmiş vətənim İrəvan: Qaçaqlar, aşıqlar və erməni zalımlığı” araşdırması ilə Sevil İrəvanlı izləyir. 

Professor Rahid Uluselin dərgidəki növbəti çıxışı aforizmləriylədir.

Dərgi “Kitablıq” və “Ajanda” rubrikaları ilə yekunlaşıb.

Şahanə MÜŞFİQ

 





17.03.2019    çap et  çap et