525.Az

Cimmi Karter ABŞ-ın ən çox yaşayan sabiq prezidentidir


 

Cimmi Karter ABŞ-ın ən çox yaşayan sabiq prezidentidir<b style="color:red"></b>

1977-1981-ci illər ərzində ABŞ prezidenti vəzifəsində çalışan Cimmi Karter rekorda imza atıb.

Trend-in məlumatına görə, Karterin hazırda 94 yaşı və 173 günü var. Beləliklə, o yaşına görə böyük Corc Buşu keçib və rekordu təzələyib.

Qeyd edək ki, ABŞ bir neçə prezidenti 90 yaşdan çox yaşayıb. Onların arasında böyük Buş və Karterdən başqa ölkənin ikinci prezidenti Con Adams, 38-ci lideri Cerald Ford və 40-cı prezidenti Ronald Reyqan da var.

 





22.03.2019    çap et  çap et