Tanınmış meyxanaçı Aydın Quliyev (Aydın Xırdalanlı) 41 yaşında vəfat edib.
Bu barədə Trend-ə meyxanaçının yaxınları məlumat verib. A.Quliyev qaraciyər serrozundan əziyyət çəkirdi.
Qeyd edək ki, A.Xırdalanlı 1977-ci il 31 iyul Abşeron rayonunun Xırdalan qəsəbəsində doğulub. O, 2001-ci ildə "De, gəlsin" yarışmasının qalibi olub.