525.Az

300-dən çox şəxsin pensiyasına artımlar edilib


 

HƏMİN ARTIMLARIN VƏTƏNDAŞIN PENSİYA HÜQUQU YARANDIĞI DÖVRDƏN HESABLANARAQ VERİLMƏSİNƏ BAŞLANIB

300-dən çox şəxsin pensiyasına artımlar edilib<b style="color:red"></b>

Prezident İlham Əliyevin vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı və bütün sahələrdə sosial ədalət prinsipinə əməl olunması barədə tapşırığının icrası sosial müdafiə sahəsində aparılan islahat tədbirlərində də daim diqqətdə saxlanılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, bu istiqamətdə görülən tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.

Araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir.

İndiyədək idarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması, o cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyasının yenidən hesablanmaqla 45 faiz artırılması təmin edilib. Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.

Nəticədə vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

C.ABASOV

 





24.04.2019    çap et  çap et