525.Az

Şri-Lanka müdafiə nazirinin katibi istefa verdi


 

Şri-Lanka müdafiə nazirinin katibi istefa verdi<b style="color:red"></b>

Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib.

ONA TASS-a istinadən xəbər verir ki, istefaya onun ünvanına ictimaiyyət və ölkə rəhbərliyi tərəfindən səsləndirilən tənqidlərin səbəb olduğu deyilir.

Bildirilir ki, bundan əvvəl Şri-Lanka prezidenti Maytripala Sirisena Hemasiri Fernandodan tutduğu vəzifəni öz istəyi ilə tərk etməsini xahiş etmişdi.

Bəzi Şri-Lanka mediasının yaydığı məlumata əsasən hazırlanan hücumlar haqqında hökumətin öncədən məlumatlandırılmasına baxmayaraq H.Fernando bunun qarşısını ala bilməyib. 

Qeyd edək ki, Şri-Lankada müdafiə naziri vəzifəsini ölkə prezidenti daşıyır.

Aprelin 21-də Şri-Lankada 8 terror hücumu olub. Nəticədə 359 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 





25.04.2019    çap et  çap et