525.Az

Pərviz Yusifov Təhsil Nazirliyinin kollegiyasından çıxarıldı


 

Pərviz Yusifov Təhsil Nazirliyinin kollegiyasından çıxarıldı<b style="color:red"></b>

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.

Beləliklə, bundan sonra təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

 

 





22.05.2019    çap et  çap et