525.Az

Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa...”


 

Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa...”<b style="color:red"></b>

“Hörmüz boğazının bağlamaq istəsək, bunu elan edəcəyik və var gücümüzlə bunu həyata keçirəcəyik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib.

Baş Qərargah rəisi deyib ki, kimsə Hörmuz boğazının təhlükəsizliyinə ziyan vurmadıqca, İran boğazın təhlükəsizliyini təmin edəcək:

“İran öz neftini ixrac edəcəksə, digərləri də öz neftini ixrac edcəcək. Əgər İranın Hörmüz boğazını bağlamaq niyyəti və iradəsi olarsa, bunu açıq-aşkar elan edəcək, var gücü ilə tam şəkildə bunu həyata keçirəcək”.

 





17.06.2019    çap et  çap et