525.Az

Qubanın Rəziyələr kəndində su xətti çəkiləcək


 

Qubanın Rəziyələr kəndində su xətti çəkiləcək <b style="color:red"></b>

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə, may-sentyabr ayları ərzində ”Quba rayonunun Rəziyələr kəndində əhalinin sağlamlığının qorunması üçün sosial infrastrukturun inkişaf etdirilməsinə dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin mahiyyəti bir qrup kənd əhalisinin su ilə təmin olunması üçün təchizat, inşaat işlərinin təşkilindən ibarətdir.

Ötən dövr ərzində icra planına uyğun olaraq koordinatorla əmək müqaviləsi, mühasib iləxidməti müqavilə imzalanıb, yerli icra və bələdiyyə nümayəndələrinə layihənin icrasına başlanması barədə rəsmi məlumat verilib.

Eyni zamanda, çəkilməsi nəzərdə tutulan su xəttinin keçəcəyi ərazi dəqiqləşdirilib, lazım olan mal-materialların alınması və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanıb.

 





18.06.2019    çap et  çap et