525.Az

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınlarının hüquqları pozulub”


 

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınlarının hüquqları pozulub”<b style="color:red"></b>

“Qadınların hüquqlarının müdafiə olunması, qorunması dövlətin ali məqsədlərindən biridir”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

Ombudsman bildirib ki, Azərbaycanda qadın hüquqları hər zaman prioritet məsələlərdən biri olub.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda qadın hüquqlarını da pozub:

“Qadın hüquqları Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadın və kişilərə bərabərlik verilməklə meydana gəlib. Azərbaycan 30 ildən çoxdur ki, işğalçılıq siyasətindən əziyyət çəkir. Bu müddət ərzində üzərimizdə erməni təcavüzünün olması, torpaqlarımız işğal altında olması və 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olması Azərbaycanda bütün sahələrdə mənfi təsir göstərib. Eyni zamanda Azərbaycan qadınlarının hüquqları pozulub. Ona görə də bütün sahələrin inkişaf etdirilməsi üçün sülh əsas şərtlərdən biridir. Bu münaqişə nəticəsində Azərbaycan da ziyan çəkir”.

 





21.06.2019    çap et  çap et