525.Az

“İrəli” gəncləri Azərbaycanı beynəlxalq layihədə təmsil etdilər - Foto


 

“İrəli” gəncləri Azərbaycanı beynəlxalq layihədə təmsil etdilər - <b style="color:red">Foto</b>

“İrəli” İctimai Birliyi Türkiyənin Trabzon şəhərində keçirilən “An Olive Branch Project” mübadilə proqramında təmsil olunub.

“İrəli”dən verilən məlumata görə, proqram çərçivəsində təşkilatın 7 nəfər gənc üzvü, o cümlədən, Mətbuat katibi Əfsanə Şükürova, Layihələrlə iş üzrə katib Qurban Əsgərov müxtəlif mövzularda təşkil olunan seminarlarda iştirak edib, xarici ölkə gəncləri ilə müzakirələr aparıblar.

İştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadəetmə bacarıqlarını formalaşdırma üzərində çalışıblar.

Həmçinin, proqram çərçivəsində Azərbaycan mədəniyyət gecəsi təşkil olunub. Azərbaycanlı gənclər milli rəqslərimizi nümayiş etdirib, digər ölkə nümayəndələrini milli mətbəximizlə tanış ediblər. Eyni zamanda, proqram iştirakçılarına tariximizi əks etdirən suvenirlər təqdim olunub.

“İrəli” İctimai Birliyinin gənc fəalları Türkiyə, Latviya, Gürcüstan və digər ölkələrdən olan həmyaşıdlarını Azərbaycan həqiqətləri barədə məlumatlandırıblar.

10 günlük proqram çərçivəsində bir sıra şəhərlərə ekskursiyalar da təşkil olunub.

Qeyd edək ki, “İrəli” İctimai Birliyinin mübadilə proqramında iştirakı Türkiyənin “FuturEurope” təşkilatı ilə təfərdaşlıq əlaqələri nəticəsində baş tutub.





 





24.06.2019    çap et  çap et