525.Az

Bakıda BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi oldu


 

Bakıda BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi oldu <b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub.

Trend-in məlumatına görə, mükafatların təqdim edilməsi mərasimində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.

Beş fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Çili və Avstriya olub.

 





24.06.2019    çap et  çap et