525.Az

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi


 

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi <b style="color:red"></b>

2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər)  və doktorantura (2 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan bu ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib.

 

 





18.07.2019    çap et  çap et