525.Az

Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olundu


 

Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olundu <b style="color:red"></b>

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze diplomatik fəaliyyətini Ukraynada davam etdirəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə "InterPressNews" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, T. Şaraşenidzenin Ukraynaya səfir təyinatı təsdiqlənib.

Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı hər hansı şərh verməyib.

Qeyd edək ki, Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze bir neçə həftə öncə vəzifəsindən azad edilib. Gürcüstan XİN G. Dumbadzenin Fövqəladə Tapşırıqlar üzrə səfir vəzifəsinə təyin ediləcəyini açıqlayıb.

 





22.07.2019    çap et  çap et