525.Az

İranlı Muhacirlər Cəmiyyəti yeni layihə həyata keçirir


 

AZƏRBAYCANDA MÜHACİRƏTİN MƏRHƏLƏLƏRİ, SPESİFİK CƏHƏTLƏRİ ÖYRƏNİLƏCƏK

İranlı Muhacirlər Cəmiyyəti yeni layihə həyata keçirir<b style="color:red"></b>

“İranlı Muhacirlər Cəmiyyəti” İctimai Birliyi yeni layihənin icrasina başlayıb. 

Təşkilatdan verilən məlumata görə, cəmiyyətin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadənin rəhbəri olduğu layihə “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” adlanır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihə bu ilin 4 ayını əhatə edəcək.

İctimai Birliyinin sədrinin birinci müavini Firidun İbrahimi bildirib ki, muhacirət müasir dünyada aktual məsələlərindəndir:

“Təkcə ötən əsrdə ölkəmizə İrandan 7 kütləvi mühacirət olmasına baxmayaraq bu sahədəki ictimai bilgisizliyə, məlumatın bəsitliyinə heç cürə haqq qazandırmaq mümkün deyil”.

F.İbrahimi əlavə edib ki, həmin mühacirlərin tam əksəriyyəti azərbaycanlılar olduğundan digər ölkələrdə yaşayan soydaşlarımızın vəziyyəti ilə müqayisələr aparmaq, Qubada, Qazaxda, Tərtərdə və Bakıda keçirəcəkləri tədbirlərdə iştirakçıların fikirlərini, rəylərini dinləmək imkanları yaranacaq:

“Ancaq fakt budur ki, 72 yaşlı təşkilatımız mühacirətin dünyəvi Azərbaycan modelidir. Tədbirlərdə bu barədə iftixar hissi ilə danışılacaq, elm, təhsil, səhiyyə, mədəniyyət və quruculuq işlərində fərqlənən mühacirlərə, onların övladlarına diplomlar təqdim ediləcək”.

C.ABASOV

 





22.07.2019    çap et  çap et