525.Az

Qorxmaz Hüseynov Şəkidə vətəndaşlarla görüşdü


 

Qorxmaz Hüseynov Şəkidə vətəndaşlarla görüşdü<b style="color:red"></b>

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov iyulun 19-da Şəkidə vətəndaş qəbulu keçirib.

ASC-dən verilən məlumata görə, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin inzibati binasında keçirilən qəbulda Şəki və Qax rayonlarından olan 25 vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Müraciətlər, əsasən, içməli su təchizatı və kanalizasiya xidmətlərinin, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Qəbuldan sonra “Azərsu” sədri Q.Hüseynov “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olub, tikinti-quraşdırma işləri davam edən ərazilərə baş çəkib.

C.ABASOV

 





22.07.2019    çap et  çap et