“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
APA-nın məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz:
“Biz xaricdə də qüvvələrimizi birləşdirdik. Bizim olmadığımız yerdə hər zaman Azərbaycan Türkiyəni, Türkiyə xalqını müdafiə edir. Biz də Azərbaycan olmadığı yerdə Azərbaycanı müdafiə edirik, bu, bizim borcumuzdur”.