525.Az

UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib


 

UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib<b style="color:red"></b>

Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarix boyunca üzləşdiyi çətinliklərə baxmayaraq, Ana dilimiz qorunub saxlanıb və nəsildən-nəslə ötürülüb. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır.

UNESCO-nun baş qərargahında anadan olmasının 650 illik yubileyi qeyd olunmuş İmadəddin Nəsimi Azərbaycanın dahi şairi və mütəfəkkiridir.

AZƏRTAC xəbər verir ki, bu fikri UNESCO-nun baş qərargahında Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilmiş tədbirin açılışında qurumdakı daimi nümayəndəliyimizin III katibi Nigar Qurbanova stendimizi ziyarət edən qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Cianniniyə deyib.
O, anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan mütəfəkkir şair İmadəddin Nəsiminin dilimizin təşviqi üçün hazırlanmış posterdə yazılmış beytini izah edib. Bildirib ki, böyük şair əsərlərində insana olduqca yüksək dəyər verib, onu ən ali varlıq hesab edib. İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində fəlsəfi şeirin özülünü qoymuş, bədii sözü ¬forma və məzmunca zənginləşdirmiş, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən ustad ədibdir.

Qeyd edib ki, tarix boyunca Azərbaycan əlifbası müəyyən səbəblərə görə dəfələrlə dəyişib, ancaq bunun dilimizə təsiri olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə latın qrafikasına keçilib.

 





22.02.2020    çap et  çap et