Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə fəxri adlar verilməsi ilə bağlı Sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə Cəbrayılov İlham Yasəf oğlu və Quliyev Tərlan Düşməl oğlu “Əməkdar mühəndis” fəxri adına layiq görülüblər.
Prezidentin imzaladığı digər Sərəncamla Azərbaycan Respublikasının avtomobil yollarının tikintisi və istismarı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Səlimov Məzahir Yaqub oğlu
“Tərəqqi” medalı ilə
Abışov Mərdan Məşdi oğlu
Babayev Rafiq Rza oğlu
Əbilov İsmayıl Fəzi oğlu
Əliyev Qurban Əli oğlu
İmanov Hidayət Ədalət oğlu
İsmayılov Zaur Əziz oğlu
Qədirov Naməddin Cəlaləddin oğlu
Qəhrəmanov Məhəmməd Xanəli oğlu
Quliyev Fizuli Tofiq oğlu
Qurbanov Emin Telman oğlu
Mehdiyev Müslüm Abbas oğlu
Məmmədov Elçin Aydın oğlu
Mirzəyev Ataş Şahlar oğlu
Muradov Murad Mobil oğlu
Süleymanov İlham Şahbaz oğlu
Zamanov Vahid Bayraməli oğlu.